Əsas Səhifə > Güney Press > Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetiribBu gün, 05:11 |
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən "DİA-AZ"-a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib. K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır. Geri qayıt |