Əsas Səhifə > Güney Press > Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölübDünən, 11:53 |
Yekaterinburqda qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb. Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub: "Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib". Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da müəyyən edilib: "Həmçinin döş qəfəsində iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Bununla da hiss olunur ki, sol tərəfdən qabırğalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar müəyyən olunub". Geri qayıt |