Əsas Səhifə > Güney Press > Ukraynanın Avropa yolundakı Orban əngəli
Ukraynanın Avropa yolundakı Orban əngəli2-07-2025, 06:58 |
Aydındır ki, Aİ ölkələrinin birgə qərarlarına veto qoymaqla Ukraynanın Avropaya doğru irəliləməsini əngəlləmək prosesi davam edir. Bu, uzun müddətdir ki, anti-Ukrayna isteriyası və anti-Ukrayna siyasəti məsələsini növbəti seçki kampaniyasının əsasına çevirdiyi barədə açıq və səmimi danışan Macarıstanın Baş nazirinin siyasi mövqeyidir. Orban indiyədək Macarıstanda bir neçə dəfə Corc Soros və onun Açıq Cəmiyyət Fondunu tənqid edərək seçkilərdə qalib gəlib. İndi Corc Soros belə desək, təqaüdə çıxdığına görə ona başqa düşmən lazımdır. Və o Ukraynanı anti-Ukrayna ritorikasının köməyi ilə öz elektoratını səfərbər etmək üçün seçdi. Bir daha təkrar edirəm: Orbanın seçki strategiyası Ukraynaofobiyadır. Düşünürəm ki, bu strategiyanı dəyişmək üçün heç kim ona təsir göstərə bilməyəcək. Çünki onun üçün bu, siyasi səhnədə sağ qalmaq məsələsidir. Seçkidə uduzsa, Kiyev üçün bir fürsət pəncərəsi açıla bilər. Axı siyasi rəqibi Peter Maqyar Orbana əks mövqe tutur. Amma o ana qədər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması və danışıqlar klasterlərinin açılması ilə bağlı Aİ-də qərarların qəbulu mövcud qaydalara əsasən, əngəllənəcək. Bununla belə, Aİ bunu gözləməyə bilər. Yəni ki, Orbanın, yaxud başqasının iştirakı olmadan qərarların qəbulu və problemləri həll etmək üçün həll yolları axtara bilər. Lissabon Müqaviləsi, yəni Aİ-nin fəaliyyət prinsiplərinə dair əsas razılaşma şərt qoyur ki, hər bir texniki qərar - danışıqların açılması və ya bağlanması - 27 üzv dövlətin yekdil səsini tələb edir. Ancaq bu, proseduru çox çətinləşdirir. Axı yekun qərar hələ Aİ-yə üzv ölkələrin parlamentlərində də dəstək almalıdır. Ona görə də Budapeştdə hakimiyyət dəyişikliyini gözləmədən, texniki danışıqlar baxımından Ukrayna ilə bağlı hərəkətə keçmək olar.
... Aİ uzun müddətdir ki, Orbanın nazı ilə oynayır və bu, onun xoşuna gəlib. İndi onun iştahı son dərəcə böyükdür. Bununla belə, bütün digər Aİ-yə üzv dövlətlər Orbandan yan keçməyi seçsələr, bunu bacaracaqlar. Bu halda Baş nazir özü də heç nə edə bilməyəcək. Deməli, bir çox məsələ yalnız Aİ liderlərinin siyasi qərarından və iradəsindən asılıdır. Müəllif: Volodimir Qorbax – Ukraynalı analitik. Mənbə: UNİAN Tərcümə AYNA.AZ-a məxsusdur. Geri qayıt |