Əsas Səhifə > Güney Press > Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Məşhur tikinti şirkəti yarım milyon borca düşdüDünən, 13:07 |
Məşhur tikinti-quraşdırma şirkəti "ABC-2010” MMC külli miqdarda borca düşüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb. Belə ki, MMC-nin vergi borcunun hazırda miqdarı 463 387 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan inşaat bazarında yer alan "ABC-2010” telekommunikasiya obyektlərinin layihələndirilməsi, dizayn və tikintisi, hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi, elektrik təchizat qurğularının quraşdırılması, fiber optik və internet xəttlərinin çəkilişi üzrə fəaliyyət göstərir. 2009-cu ildə təsis edilən şirkətin nizamnamə kapitalı 871000 manat, qanuni təmsilçisi isə Adıgözəlov Azər Adışirin oğludur.
Geri qayıt |