Əsas Səhifə > Güney Press > Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladıDünən, 09:22 |
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bayram Məlikovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb. İttihama görə, Bakının Səbail rayonunda 1991-ci il təvəllüdlü Bayram Məlikov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Namiq Vəliyevi bıçaqlayıb. Belə ki, Bayram istifadəsində olan mobil telefon vasitəsilə tanışı Namiq ilə danışıb və ondan ona olan borcunu istəyib. Namiq ilə aralarında mübahisə yaranıb. Bundan 10 gün sonra, yəni 27 avqust 2023-cü ildə, saat 01:00-da Səbail rayonunda yerləşən Səbail rayonu poçtunun qarşısında Bayram Namiqlə rastlaşıb. Bayram həmin xüsusatla bağlı şəxsi münasibətlərin pozulması zəminində yenidən aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərindəki təyinatı istintaqa məlum olmayan bıçaqla bir dəfə Namiqə zərbə vurub. Hadisəni törədən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bayram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram Məlikov 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Geri qayıt |