Əsas Səhifə > Güney Press > "Mahnımdan əsər-əlamət qalmayıb"
"Mahnımdan əsər-əlamət qalmayıb"Dünən, 16:46 |
Müğənni Cabbar Musayev bəstələrinin rok tərzində oxunmasına etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. C.Musayev "Mərdan Kazımov mahnınızı oxuyub, bəyəndiniz" sualına belə cavab verib: "Mahnını fərqli hisslərnən yazmışam. Bu cür heç kim qəbul etmir. Orada Cabbar Musayev bəstəsindən əsər-əlamət yoxdur. İndi rok üslubunun dinləyicisi çoxalıb. Niyaməddin Musayev "Dünya sənin, dünya mənim" mahnısını lirik ürəklə yazıb. Toplayıb min, 2 min səs. "Dərviş" qrupu rep tərzi oxuyub və milyonlar toplayıb. İnsalar arasında ürək qoyduğun mahnını qəbul edənlərin sayı azalıb". C.Musayev əlavə edib ki, Mərdan mahnını oxuyan zaman ondan icazə almayıb: "İcazə almaq dəbdə deyil. Bu, Azərbaycanda tətbiq olunmayıb. Yaxın 20, 30, 50 il ərzində qanun qəbul edilər yəqin". Geri qayıt |