Əsas Səhifə > Güney Press > Ermənistana yeni konstitusiya lazımdır

Ermənistana yeni konstitusiya lazımdır


Dünən, 17:00

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.

"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.

"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib.


Geri qayıt