Əsas Səhifə > Güney Press > Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı
Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandıBu gün, 11:57 |
İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib. Rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb. Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. qafqazinfo.az Geri qayıt |