Əsas Səhifə > Güney Press > Arzu LAĞA QOYDU:

Arzu LAĞA QOYDU:


Bu gün, 12:09

“Bəsdirin, siz Allah! Sən Azərbaycan çərçivəsindən qırağa çıxmamısan, haradan oldun, dünya şöhrətli aktrisa?!”

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Arzu Abdulova deyib.

O, son vaxtlar çəkiliş meydançasından aralı düşməsinin səbəblərini açıqlayıb:

“Hazırda Azərbaycan film sektoru yenə çöküb. Elə bir film, serial yoxdur ki gedim çəkilim. Hətta mənə deyirlər ki, Arzu, sən aktrisalığın başını buraxmısan? Deyirəm yox, sadəcə olaraq mənim öz kriteriyalarım var. Üstəgəl də qonorarla bağlı şərtim. Mən işimi-gücümü atıb niyə pulsuz haradasa çəkilməliyəm? Versinlər qonorarımı, gedim, çəkilim. Emil Quliyev kimi rejissorun “Burada tək olmuşam” filmindən, “Əqrəb mövsümü” serialından sonra hara çəkilim, niyə çəkilim?! Gətirib qarşıma ssenarini qoysunlar, mən də öz qonorarımı açıqlayım və çəkilim”.

Aktrisa iddiası ilə gördüyü iş üst-üstə düşməyən, lakin özünü öyən həmkarlarını da susdurub:

“Yalandan ortalığa çıxıb “mən-mən” deməklə deyil e… Ay “mən dünya şöhrətli aktrisayam”, “bahalı aktrisayam” və s. Bəsdirin siz Allah, sən Azərbaycan çərçivəsindən qırağa çıxmamısan, haradan oldun, dünya şöhrətli aktrisa?! Azərbaycandan kənara çıxan bir nəfər Nəsrin Cavadzadədir, qalan heç kimi tanımıram”.


Geri qayıt