Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNURDünən, 14:00 |
29 il (1995-2024) Milli Məclisin deputatı olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının adı dələduzluqla bağlı cinayət işində keçir. Gununsesi.info xəbər verir ki, zərərçəkmişlərin Fəzail Ağamalı tərəfindən aldadıldığı, dələduzluq yolu ilə ələ keçirilən pulların ona çatdığı barədə ifadə verilib. Həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məhərrəm İsmayılov bu cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb. O, iki nəfəri onlara məxsus torpaq sahəsini təyinatını dəyişmək adı ilə aldadıb pul almaqda ittiham olunur. İttihama əsasən, Quba rayonun Əski İqrik kəndində yerləşən torpaq sahəsi üçün 15 Masazır qəsəbəsində zərərçəkmişlərdən birindən 15 min, Lökbatan qəsəbəsində isə başqa zərərçəkəndən 10 min manat pul alıb. 1963-cü il təcəllüdlü Məhərrəm İsmayılov istintaqa ifadəsində bildirib ki, zərərçəkənlərə onun vasitəçiliyi ilə, amma Fəzail Ağamalı tərəfindən ziyan vurulub. Onun sözlərinə görə, həmin vaxt Fəzail Ağamalı hələ deputat idi: “Amma niyəsə ancaq məni itiham edirlər. Mən yalnız vasitəçi olmuşam. Əhlimanla yaxın münasibətlərimiz vardı, zəng eləyib dedi ki, Lökbatanda bir tanışı var, həyətyanı torpaq sahəsinin təyinatını dəyişib, qeyri-yaşayış eləmək istəyir, ona kömək eləyə bilərsən? Ona dedim ki, Milli Məclisdən Fəzail Ağamalı ilə tanışlığımız var, onunla məsləhətləşim, razlııq versə, həll eləyərəm. Bir neçə gündən sonra Fəzail müəllimlə görüşdüm, məsələ barədə məlumat verdim, dedi ki, həll eləyə bilərəm”. Məsələ ilə bağlı əməkdaşımız sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O, ona qarşı irəli sürülən bu ittihamın əsassız və şər olduğunu bildirir: “Məhərrəm İsmayılov dələduzluqda ittiham olunur. Siz onun sözünə niyə inanırsınız? O adam mənə şər atır, dediklərinin heç birinin əsası yoxdur. Yalan danışır. Əhəmiyyət verməyin”. Qeyd edək ki, 2024-cü ildə keçirilən son parlament seçkilərində Milli Məclisdə Fəzail Ağamalı yox, onun qızı Günay Ağamalı təmsil olunur. O da atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasının Qadınlar Şurasının sədridir. Geri qayıt |