Əsas Səhifə > Güney Press > Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladıDünən, 15:58 |
Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır. DİN-in Mətbuat xidmətinin regional qrupundan “DİA-AZ”a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb. Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir. Geri qayıt |