Əsas Səhifə > Güney Press > Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdiDünən, 17:26 |
Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir. Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixaiul Saakaşvili sosial şəbəkədə yazıb. “Uğursuz müharibədən sonra 2011-2012-ci illərdə mənim etmədiyimi Paşinyan Ermənistanda etdi, erməni İvanişvilini – milyarder Karapetiani həbs etdi. Paşinyan rəsmi olaraq Avropa İttifaqına üzvlük üzrə kurs keçdi”, – Saakaşvili bildirib. “Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyanı birbaşa təhdid kimi görür və siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə Azərbaycan və Ermənistan yaxınlığı başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir. Bu vəziyyətdə Gürcüstan tam bir anomaliyadır”, – eks-prezident qeyd edib. Sakkaşvilinin sözlərinə görə, gürcü cəmiyyət İvanişviliyə və onun komandasına nifrət edir: “Bu vəziyyətdə həmişə anlayırıq ki, belə davam edə bilməz və “nəsə olacaq”. Ancaq başa düşməliyik ki, bu “nəsə” öz-özünə baş verə bilməz. Cəmiyyətin fəal hissəsi təşəbbüs göstərməli və eyni dairədə gəzməyi dayandırmalıdır. Geosiyasi proseslər bizə çox kömək edir, amma bizim də itirməyə vaxtımız yoxdur. Liderlərin çatışmazlığı qarşısında özünü təşkilatçılıq yeganə düzgün həll yoludur”. Geri qayıt |