Əsas Səhifə > Güney Press > “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıbBu gün, 11:02 |
Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” ASC-nin yarım milyon manata yaxın vergi borcu üzə çıxıb. Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirilib. Məlumata görə, mikromaliyyə təşkilatının yığılmış vergi borcu 7 iyul 2025-ci il tarixinə 477 min 96,8 manat təşkil edib. Bu ilin aprel ayının 23-də isə BOKT-nin vergi borcu 477 min 703 manata bərabər olub. Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. Xatırladaq ki, BOKT “İnternational” 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manat, qanuni təmsilçisi isə Nicat Vaqif oğlu Həsənovdur. BOKT-nin səhmlərinin 100%-i isə onun qardaşı Rifat Həsənova aiddir. Geri qayıt |