Əsas Səhifə > Güney Press > Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldüDünən, 15:56 |
Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb. Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. *** Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər: “Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”. Geri qayıt |