İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın İran tərəfinin Amerika tərəfi ilə görüş istəyi ilə bağlı bəyanatını təkzib edib. Yeniavaz.com xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmail Bəqai İran Dövlət Televiziyasının efirində bildirib. “Bizim tərəfimizdən Amerika tərəfi ilə görüş üçün heç bir müraciət olmayıb”, - Bəqai bildirib. Qeyd edək ki, bundan əvvəl ABŞ lideri İran tərəfinin görüş istədiyini bəyan edib. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff isə jurnalistlərə bildirib ki, görüş gələn həftə baş tuta bilər.
Geri qayıt
|