Əsas Səhifə > Güney Press > PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq


Dünən, 17:13

İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.

APA xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.

PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.

Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.

Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.


Geri qayıt