Əsas Səhifə > Güney Press > Nazirliyin 5 milyonluq tenderi ləğv edildi

Nazirliyin 5 milyonluq tenderi ləğv edildi


Bu gün, 10:37

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən elan edilmiş, təxminən 5 milyon manat dəyərində olan tender ləğv olunub.

FED.azxəbər verir ki, layihə Azərbaycan Ordusunun balansında olan yaşayış binalarına yeni liftlərin quraşdırılması və satın alınmasını nəzərdə tuturdu.

Ehtimal olunan qiymət 4.986.145,50 AZN olan tenderin müsabiqə elanı 05 mart 2025-ci il saat 16:58-də dərc olunmuşdu. Təkliflərin təqdim olunması üçün son tarix 11 aprel 2025-ci il saat 12:00 təyin olunmuş, həmin tarixdə də zərflərin açılışı planlaşdırılmışdı.

Lakin 08 iyul 2025-ci il tarixində, bu iri həcmli satınalma nəzarət orqanının qərarı əsasında rəsmi şəkildə ləğv edildi.


Geri qayıt