Əsas Səhifə > Güney Press > “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?..
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?..Bu gün, 11:13 |
Terrorçu “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi, Ermənistan Milli Assambleyasının deputatı İşxan Sağatelyan bazar ertəsi gecə Moskvaya işgüzar səfərə yola düşüb.
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda “Johovurd” qəzeti yazıb.
Qəzetin məlumatına görə, Sağatelyan sərhədi maneəsiz keçərək Rusiyanın paytaxtına çatıb. Deputat özü də bu xəbəri təsdiqləyib: “Moskvada işgüzar səfərdəyəm, amma tezliklə qayıdacağam, narahat olmayın,” – deyə daşnak deputat bildirib.
“Sağatelyanın bu səfəri xüsusilə gərgin siyasi vəziyyətin yaşandığı bir dövrə təsadüf edir. Ermənistandakı hökumət dairələri onun həbsinə dair niyyətlərini açıq şəkildə bəyan edib. İddialara görə, hüquq-mühafizə orqanları Sağatelyanı “Müqəddəs Hərəkat”a dəstək verməkdə ittiham etmək niyyətindədir. Əldə olunan məlumata əsasən, baş nazir Nikol Paşinyan artıq iyulun 15-nə qədər Sağatelyanın həbsinə göstəriş verib.
Bundan əlavə, “Joqovurd” qəzetinin gündəlik məlumatına görə, “Daşnaksütyun”un ofislərində axtarışlar aparılıb və digər üzvlərin həbs olunması ehtimalı da istisna edilmir”, -erməni nəşri davamında belə yazıb.
Geri qayıt |