Əsas Səhifə > Güney Press > Bakıda falçı evini satan qadının başına OYUN AÇDI
Bakıda falçı evini satan qadının başına OYUN AÇDIBu gün, 11:31 |
Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. Lent.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində "Svetlana.baxici" adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb. Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə o, zərərçəkmişi sosial şəbəkələrdə əngəlləyib. Geri qayıt |