Əsas Səhifə > Güney Press > Professor Rəhman Bədəlov vəfat edib
Professor Rəhman Bədəlov vəfat edibDünən, 23:24 |
Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib. Bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib. O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib. Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək. Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir. Geri qayıt |