Əsas Səhifə > Güney Press > Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb

Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb


Dünən, 09:23

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.


Geri qayıt