Qusarda 27 yaşlı müəllimənin müəmmalı şəkildə ölümü baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aşağı Ləyər kənd sakini, F.Davıdov adına Yuxarı Ləyər kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Naibə Əhməd qızı Sanayevanın meyiti Qusar şəhərindəki Olimpiya İdman Kompleksinin arxa tərəfindəki meşə massivində aşkar edilib.
Gənc xanımın meyitini meşə massivində gəzintiyə çıxan sakinlər görüb və polisə məlumat veriblər.
Saytımızın əldə etdiyi məlumata görə Naibə Sanayevanın coğrafiya ixtisası üzrə sertifikasiya imtahanından az bal topladığına görə həyatına qəsd etdiyi bildirilir.
Mərhum subay olub.
Ölüm faktını Qusar rayon prokurorluğu araşdırır.
Geri qayıt
|