Əsas Səhifə > Güney Press > Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi?
Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi?Dünən, 11:39 |
Ötən gün Bakıda 12 yaşlı qızın həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qoyulması xəbəri bütün cəmiyyəti silkələdi. Bununla bağlı məlumatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb. O bildirib ki, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan şəxslə həbsxanada nikaha girib. Qadın qızlarının 11 və 6 yaşı olarkən onları 3 gün cəzaçəkmə müəssisəsində qalmaq üçün özü ilə birgə ora aparıb. K. Ağazadə qeyd edib ki, 12 yaşlı qız həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Birlik sədrinin sözlərinə görə, hazırda 12 yaşı olan qız 7 yaşlı bacısının anasının əlindən alınmasını istəyir. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a bildirib ki, azyaşlı ilə bağlı məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. “Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixososial yardım göstərilir. Onu da qeyd edim ki, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir. Bundan əlavə, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra ictimaiyyətə müvafiq məlumatlar veriləcək”, - T.Mərdanoğlu bildirib. Bəs cinayətkarı əlavə hansı cəza gözləyir? Baş vermiş hadisəyə görə qızın anası valideynlik hüququndan məhrum edilə bilərmi? Ümumiyyətlə, həbsxanada görüşdə olan məhkumun azyaşlı qızı zorlaması nə qədər mümkündür? Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Fariz Namazlı bildirib ki, həbsdə olan şəxslərin öz ailə üzvləri ilə həm qısa(4 saat), həm də uzun müddət (3 gün) üçün görüş hüququ var. Həmin müddətdə ailə üzvləri və qanuni maraq doğuran şəxslər onunla 3 günlük görüşə buraxıla bilər: ”Bu situasiyada isə uşaqlar həmin məhbus kişinin doğma uşaqları deyil. Azyaşlıların uzun müddətli görüşdə onun yanında qalmasına icazə verilməyə də bilərdi. Çünki qadının əri olsa da, uşaqların rəsmi atası sayılmır, ailə bağlantısı yoxdur. Həbsxana əməkdaşları bunu nəzərə ala bilərdi”. Hüquqşünas Əkrəm Həsənov sayta açıqlamasında bildirib ki, yaşanan hal araşdırma tələb edir: “Əgər bu hadisə yaşanıbsa, həbsxananın administrasiyasının da günahı var. Bir otaqda, ananın gözü qarşısında zorlanma necə baş verə bilər? Belə çıxır ki, buna həbsxana nəzarətçiləri də şərait yaradıb. Əgər iddia təsdiqini tapırsa, təkcə atalığa deyil, çox adama cinayət işi açıla bilər. Burada zorakılıq baş veribsə, ağır cinayətdir. Həbsxana administrasiyası hara baxırdı? Azyaşlının anasının bildiyi təsdiq olunarsa, o da valideynlik hüququndan məhrum edilib, cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu situasiyada sual çoxdur”. Geri qayıt |