Əsas Səhifə > Güney Press > İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır
İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmırDünən, 11:42 |
İyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində tarixə yeni bir səhifə yazıldı. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. Qeyd edilməlidir ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. sənədlərdən də göründüyü kimi Xankəndi Kommünikesinin qəbul olunması zamanı İran tərəfinin bu sənədə qeyd-şərt qoyması həqiqətə uyğun deyil və bu üzdəniraq səfirin iddiaları real vəziyyəti əks etdirmir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, "İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb. Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir". Məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, İran İslam Respublikasının Ermənistandakı səfiri birinci dəfə deyil ki, Azərbaycana qarşı düşmən mövqedən çıxış edir, ölkəmizin uğurlarına kölgə salan, siyasətini qınıyan bəyanat və müsahibələr verir, bu zaman öz ölkəsinin rəsmi mövqeyini nəzərə almır. Belə ki, 2024-cü ilin iyulunda bildirib ki, "Qərbi Azərbaycan" – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir. Daha sonra isə növbəti dəfə sayıqlayaraq "Azadlıq" radiosuna müsahibəsində guya vaxtilə Qarabağda yaşamış ermənilərin "hüququları"nın pozulduğunu iddia edib. Hətta Mehdi Sübhani utanıb-qızarmadan bu "məsələ"ni yara adlandırıb və həmin yaranın sağalmasına ehtiyac olduğunu bildirib. O, daha sonra vurğulayıb ki, guya erməni əsilli şəxslər Qarabağı könüllü tərk eməyiblər. Bəs görəsən, "müsəlmançılıq"dan ağızdolusu danışan Mehdi Sübhani 300 minə yaxın azərbaycanlının geri qaytarılması və onların təhlükəsizliyinin təmini ilə bağlı niyə bir dəfə də olsun açıqlama verməyib? Görəsən o, adi bir "müsəlman" kimi hayların ərazilərimizi 30 il işğal altında saxlamalarına, soydaşlarımıza zülmlər etmələrinə, soyqırımları törətmələrinə, məscidləri viran qoymalarına, hətta həmin məkanlarda donuz saxlamalarına niyə göz yumub? Şübhəsiz, Ermənistana olan "tükənməz sevgi"si onun imanını da əlindən alıb. Bütün bunlar isə Mehdi Sübhanidə nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışlarının olmamasının təsdiqidir. Bu da onun ermənidən betər erməni olmasından irəli gəlir. Belə olan təqdirdə ağayi Sübhaninin çərənləməsi heç bir məntiqə sığmır. Görünür, ermənipərəstliyi əsl həqiqəti dilə gətirməyə ona imkan vermir. İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü "DİA-AZ" Geri qayıt |