Əsas Səhifə > Güney Press > Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılırDünən, 12:17 |
Məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyevi məhkəməyə verib. Bu gün keçirilməli olan prosesin qapalı olduğu elan edilib. Musavat.com xəbər verir ki, məhbus ailələri xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər. Müraciətdə Tarix Əliyevin Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə cəzalandırılmasını istəyirlər. Məhkəmə hakim Kamal Babayevin sədrliyi ilə keçirilir. Lakin məhkəməyə gələn şəxslər zala buraxılmayıb. Bununla bağlı da heç bir izah verilməyib. Xatırladaq ki, Tarix Əliyev sosial şəbəkələrdən birindəki çıxışlarında məhbus ailələrini, xüsusilə də siyasi məhbus kimi tanınan şəxslərin ailələrini ağır şəkildə təhqir etmişdi. Onun bu çıxışı ciddi narazılığa və qınağa səbəb olmuşdu. Qeyd edək ki, bu, Tolikin sosial şəbəkələrdə cəmiyyətin ayrı-ayrı təbəqələrini kütləvi şəkildə təhqir etməsi ilə bağlı ilk hal deyil. Daha əvvəl də MAXE-lər haqqında təhqiredici ifadələr işlətmişdi. Geri qayıt |