Əsas Səhifə > Güney Press > Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıbDünən, 12:41 |
Nəsimi rayonunda 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb . Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıb. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir. Geri qayıt |