Əsas Səhifə > Güney Press > Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı...

Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı...


Bu gün, 07:20

Pentaqon rəhbəri Pit Heqset pilotsuz uçuş aparatlarının istehsalını və yerləşdirilməsini sürətləndirməyi tapşırıb. O, bu sahədə Rusiya və Çinlə rəqabətdə ABŞ-ın üstünlük qazanmasına çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Kanalın əldə etdiyi bir neçə sənədə əsasən, müdafiə naziri innovasiyaların qarşısını alan bəzi bürokratik çətinlikləri aradan qaldırıb və məhdudiyyətləri ləğv edib.

Sənədlərdən birində belə deyilir: “Dronların öldürücülüyü artıq bizim özümüzə qoyduğumuz qaydalarla məhdudlaşdırılmayacaq”.

Qeyd olunur ki, ilk dəfə olaraq polkovnik və kapitan rütbəsində olan zabitlər 3D çap texnologiyası ilə hazırlanmış PUA-ları müstəqil şəkildə almaq və sınaqdan keçirmək səlahiyyətinə malik olacaqlar. Bundan əlavə, onlar əlavə yoxlamalar olmadan dronlardan istifadəyə operativ şəkildə başlaya biləcəklər.

“Daha öncə də ABŞ Prezidenti Donald Tramp bildirib ki, Silahlı Qüvvələr Ukraynada döyüş əməliyyatlarında dronlardan istifadə təcrübəsini aktiv şəkildə öyrənir”, - telekanal qeyd edib.


Geri qayıt