Əsas Səhifə > Güney Press > Zelenski dilemma qarşısındadır

Zelenski dilemma qarşısındadır


Bu gün, 11:00

Rusiya ilə qarşıdurmada tam məğlubiyyətdən qaçmaq üçün Ukraynanın cəmi iki yolu qalıb.
AzVision.az xəbər verir ki, İsveçrənin almandilli “Neue Zurcher Zeitung” nəşrində dərc olunan materialda belə deyilir.

“Ukrayna komandanlığının Rusiya qoşunlarının irəliləməsi fonunda itkiləri azaltmağa çalışmaq və ya sülh danışıqlarının dalana dirəndiyi bir vəziyyətdə təslim olmağın qarşısını almaq üçün bütün cəbhə xətti boyunca sürətlə geri çəkilmək imkanı var”, - məqalədə vurğulanır.

Nəşr qeyd edir ki, Ukrayna qoşunlarının cəbhənin heç bir hissəsində qəfil hücuma keçmək gücü yoxdur və Rusiya ərazisinin dərinliklərindəki dəqiq zərbələr səmərəsizdir.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski tələyə düşüb.

- Zelenski qoşunlara geri çəkilmək əmrini verə bilən yeganə şəxsdir. Lakin o, həm də dilemma ilə üzləşir: hərbi zərurətlə Kiyevin müttəfiqlərinin vədlərini yerinə yetirəcəyinə dair siyasi ümid arasında seçim etmək”, - materialda bildirilir.

Xatırladaq ki, Ukraynanın bərpası üzrə Romada keçirilən konfransda Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Brüsselin İtaliya, Almaniya, Fransa və Avropa Bankı ilə birgə təsis etdiyi xüsusi fondun yaradıldığını açıqlayıb.

Geri qayıt