Əsas Səhifə > Güney Press > Rusiyada FACİƏ: azərbaycanlı öldü
Rusiyada FACİƏ: azərbaycanlı öldüBu gün, 11:34 |
Rusiyada azərbaycanlı tikintidə faciəvi şəkildə ölüb. Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Krasnoyarsk şəhərinin Semafornaya küçəsində baş verib. 56 yaşlı kişi yaşayış kompleksinin tikintisində işləyirmiş. Rusiya İstintaq Komitəsinin məlumatına görə, kran yardımçı konstruksiyaları sökərkən 12-13 mərtəbə hündürlükdən metal dayaq düşüb. Metal birbaşa evin yaxınlığında olan podratçı işçinin üzərinə düşüb. Kişi yerindəcə dünyasını dəyişib. İlkin məlumata görə, mərhum tikintidə ümumi fəhlə işləyirmiş və podratçı təşkilatda rəsmi işə düzəlib. Geri qayıt |