Əsas Səhifə > Güney Press > Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib

Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib


Dünən, 11:49

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının başından güllə yarası alan hərbçisi "Gümrü" tibb mərkəzinə çatdırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə tibb mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Hərbçi iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib.

Bildirilib ki, 23 yaşlı Aleksey G. reanimasiya şöbəsindədir, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Gümrüdə hərbçinin özünü başından güllələdiyi barədə məlumat yayılır. Digər təfərrüatlar bildirilmir.


Geri qayıt