Əsas Səhifə > Güney Press > Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon

Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon


Dünən, 12:52

Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə mühüm tenderi yekunlaşdırıb.

FED.azxəbər verir ki, layihə çərçivəsində məktəblərin fiber-optik kabellərlə internetə və daxili şəbəkəyə qoşulması xidmətlərinin satınalınması üzrə qalib “Texno Lyuks M” MMC (VÖEN: 2905154871) olub.

Tenderin məbləği 2.498.534,68 AZN təşkil edir.

Qeyd edək ki, “Texno Lyuks M” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Əliyev Arif oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m.12 ünvanında yerləşir.


Geri qayıt