Əsas Səhifə > Güney Press > 3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi

3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi


Bu gün, 12:57

Cənubi Koreya, Yaponiya və ABŞ Amerikanın B-52 strateji bombardmançısı və müttəfiqlərin qırıcı təyyarələrinin iştirakı ilə beynəlxalq sularda birgə təlimlər keçirib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu, bu il Koreya yarımadasında B-52H-nin iştirak etdiyi ilk təlimdir. Manevrlər Şimali Koreyadan artan nüvə və raket təhdidləri fonunda çəkindirməni gücləndirmək məqsədi daşıyır”, - məlumatda deyilir.

Qeyd edək ki, elə həmin gün Seulda üç ölkənin müdafiə nazirlərinin illik toplantısı keçirilib. Onlar həm Koreya yarımadasında, həm də bütövlükdə Hind-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin həlli üçün sıx üçtərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.


Geri qayıt