Əsas Səhifə > Güney Press > Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdəBu gün, 13:01 |
Xəbər verdiyimiz kimi, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən 22 şirkəti İranla bağlı sanksiya siyahısına əlavə edib. Qərar bu şirkətlərin SEPAH-ın bir bölməsinə fayda gətirən İran neftinin satışını asanlaşdırması ilə əlaqədar verilib. Bildirilir ki, məqsəd Tehranın gəlir mənbələrini məhdudlaşdırmaq və sanksiyaların təsirini artırmaqdır. Digər tərəfdən, Rusiya ilə bağlı da bənzər vəziyyət mövcuddur. Lakin sanksiyalara baxmayaraq, Moskva qeyri-leqal yollarla öz resurslarını dünya bazarına çıxarmağa davam edir. Hətta bu istiqamətdə Ermənistanın da gizli şəkildə sözügedən ölkə ilə əməkdaşlıq etdiyi və ticarətə dəstək verdiyi iddia edilir. Mövcud durum isə ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların nə qədər effektiv olduğunu sual altına alır. ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya-İran enerji resurslarının satışını nə dərəcədə məhdudlaşdırır? Sanksiyalardan yayınma prosesində hansı ölkələr iştirak edir? Globalinfo.az-a danışan World Panorama Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova deyib ki, hazırda ABŞ özü çətin vəziyyətdədir: “Çünki Prezident Donald Tramp seçki öncəsi verdiyi vədlərin çoxunu yerinə yetirə bilməyib. Məsələn, o, Ukrayna-Rusiya müharibəsinin dərhal dayandırılmasını vəd etmişdi, lakin artıq 7-8 ay keçməsinə baxmayaraq, müharibə hələ də davam edir, hətta getdikcə gərginləşir. “Mənim dövrümdə müharibə olmayacaq” deyən Trampın, İsrail-Qəzza münaqişəsindəki münasibəti göz önündədir. Müharibənin dayandırılması ilə bağlı Vaşinqton heç bir addım atmır. Ağ Ev İsrail Baş naziri Benyamin Netanyahunun siyasətinə dəstək verərək, Qəzza xalqını Fələstin torpaqlarından çıxarmağa və onları öz yurdlarından qovmağa çalışır. Bundan başqa, 12 gün davam edən İsrail-İran münaqişəsi sakitləşsə də, bu hadisə ABŞ. xüsusilə də Trampın yürütdüyü siyasətin və verdiyi vədlərin nə qədər uğursuz olduğunu göstərdi. ABŞ həm Rusiya, həm də İran qarşısında effektli hərbi və diplomatik həmlələr edə bilmir və iqtisadi rıçaqlarından istifadə etməyə məcbur olur”. Politoloq qeyd edib ki, iqtisadi rıçaqlar, əsasən enerji resursları, qaz və neft bazarlarıdır: “Türkiyə-Rusiya və Rusiya-İran əlaqələri bu sahədə böyük rol oynayır. Hər iki ölkə dünya enerji bazarında mühüm mövqeyə sahibdir və ABŞ bu ölkələrin enerji resurslarının satışını dayandırmağı, onlara tətbiq edilən sanksiyalarla daha çox zərər çəkmələrini hədəfləyir. Hazırda Moskva və Tehranın enerji resursları birbaşa satışa çıxarılmır. Əsasən dünya bazarında fəaliyyət göstərən böyük şirkətlər, enerji ixracatçıları malları alır, daha sonra müxtəlif ölkələrə satır. Belə şirkətlər də öz növbəsində, sanksiyaların təsiri altına düşə bilərlər. ABŞ Rusiya və İranın neftini, qazını satan, gəlir əldə edənlərin qarşısını almaq niyyətindədir. Lakin proses heç də asan deyil. Çünki bu resurslar dünya bazarında çox strateji rola malikdir. Həmin resursları o şirkətlər almasa belə, digərləri əldə edəcək, tankerlərlə başqa ölkələrə daşınacaq və satılacaq. Bu vəziyyət ABŞ-ın hədəflədiyi iqtisadi təzyiqləri çətinləşdirir. Buna görə də Moskva və Tehran bu məsələdə uduzmayacaq. Çünki ən böyük alıcılardan biri Asiya dövlətləri, xüsusilə Çindir. Hazırda Pekin hər iki ölkənin enerji resurslarının 60 faizini idxal edir. ABŞ Çin üzərində sanksiya tətbiq etməyə çalışsa da, bu, effektiv olmur”. R.Məmmədova bildirib ki, erməni şirkətləri də Rusiya mallarını satışa çıxarırlar: “Prosesdə treyderlər iştirak edir və bu, iqtisadi əlaqələrin bir hissəsidir. İrəvan rəsmi Kremlin yaxın tərəfdaşı olaraq, Rusiyanın qazını ucuz qiymətə alıb, digər bazarlara satmaqda mühüm rol oynayır. Bu, əsasən treyderlər vasitəsilə həyata keçirilir. Geri qayıt |