Əsas Səhifə > Güney Press > Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir?
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir?Dünən, 13:42 |
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun üç polis idarəsinin rəisinə qarşı rüşvətxorluq ittihamı irəli sürüblər. Lent.az yerli mediaya istinadla bildirir ki, 128-ci polis bölməsinin rəisinin pərakəndə satış obyektlərində yoxlama aparmadığı üçün 2018-ci ildən bəri hər ay 40 min rubl aldığı göstərilir. Ümumilikdə o, təxminən 3,8 milyon rubl alıb. 87-ci idarənin rəisi cinayət sxeminə yalnız 2024-cü ildə qoşulub və təxminən 150 min rubl "qazanmağa" nail olub. 97-ci polis idarəsinin rəisi eyni sxem çərçivəsində 165 min rubla yaxın pul alıb. Şöbədən polis məmurları, vasitəçi və üç iş adamının hər birinin roluna görə cinayət işi açıldığı ifadə edilib. Qeyd edək ki, dünən Vsevolojsk rayonunun bir neçə polis şöbəsində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilib. Buna səbəb həmin şöbələrin rəislərinin azərbaycanlı iş adamlarından külli miqdarda rüşvət almaları olub. Rüşvətin ümumi məbləği 4 milyon 15 min rubl (təxminən 87 min 976 manat) təşkil edir. *** Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislərin saxlanılma görüntüləri yayılıb. Lent.az xəbər verir ki, əməliyyat üzrə Leninqrad vilayətinin Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksək rütbəli əməkdaşları saxlanılıb. Onların azərbaycanlı sahibkarlardan aldıqları rüşvətin miqdarı 154 min rubl təşkil edib. Qeyd olunur ki, polislər bu rüşvət müqabilində həmin iş adamlarını himayə ediblər. İstintaq Komitəsi rüşvət almada vasitəçilik maddəsi ilə cinayət işi açıb. Onların iş yerlərində və evlərində axtarışlar aparılıb. Geri qayıt |