Əsas Səhifə > Güney Press > Putinin danışan dilindən sərt açıqlamalar

Putinin danışan dilindən sərt açıqlamalar


Bu gün, 15:14

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bir sıra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Peskov həm ABŞ, həm də Avropa İttifaqı ilə bağlı məsələlərə toxunub, eləcə də Ukrayna ilə gələcək danışıqların mümkünlüyünə dair mövqeyini açıqlayıb.

Peskov bildirib ki, Rusiya ABŞ prezidenti Donald Trampın bazar ertəsi üçün anons etdiyi mühüm bəyanatı gözləyir. “Biz o açıqlamanın nədən ibarət olacağını öyrənmək istəyirik,” – deyə Kremlin sözçüsü qeyd edib.

Ukrayna mövzusuna toxunan Peskov Rusiyanın Kiyevdən birbaşa danışıqların davam etdirilməsi üçün təklif gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva açıq şəkildə Ukraynadan görüş tarixləri ilə bağlı təşəbbüslər gözləyir.

ABŞ-ın NATO ölkələrinə silah satması və bu silahların sonradan Ukraynaya ötürülməsi məsələsini isə Peskov “biznes” adlandırıb. Eyni zamanda o, Avropa İttifaqının Ukraynaya on milyardlarla avro xərclədiyini xatırladaraq Avropa siyasətçilərini həm tarixi yaddaşı təhrif etməkdə, həm də savadsız olmaqda ittiham edib. “Bu onlara nə indi, nə də gələcəkdə kömək etməyəcək,” – deyə o əlavə edib.

Peskov bildirib ki, Rusiya öz təcrübəsindən istifadə edərək Avropa İttifaqının neft və qaz ixracına qarşı tətbiq etdiyi sanksiyalara qarşı mübarizə aparır. O, Avropa ölkələrinin digər sahələrdə də Rusiyanın maraqlarına müdaxilə etmək cəhdlərinə qarşı Moskvanın maraqlarını qoruyacağını vurğulayıb.

Kremlin sözçüsü Arktika mövzusunda da danışaraq bildirib ki, bu region əməkdaşlıq ərazisi olmalı, hərbi qarşıdurma sahəsinə çevrilməməlidir. O qeyd edib ki, Rusiya Arktikanı inkişaf etdirməyə davam edir və bunu digər ölkələrlə birlikdə etməyə hazırdır.


Geri qayıt