Əsas Səhifə > Güney Press > Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi

Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi


Bu gün, 15:16

Bakıda qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, Xətai rayonunda 29 yaşlı qadın polisə müraciət edərək tanışının ona hədə-qorxu gəldiyini bildirib.

Onun sözlərinə görə, tanışına verdiyi 20 min manat pulunu geri istəyib, bu zaman həmin şəxs ona barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 25 yaşlı Ə.Nəsibov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt