Əsas Səhifə > Güney Press > Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ:

Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ:


Dünən, 15:35

Rusiyanın xalq artisti Larisa Dolinaya qarşı dələduzluq üzrə cinayət işi məhkəməyə göndərilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmədə Artur Kamenetski, Dmitri Leontyev, Andrey Osnova və Nadejda Tsyrulnikova təqsirləndirilən şəxs qismində iştirak edəcəklər. İstintaqın məlumatına görə, onlar dələduzluqda ittiham olunurlar.

Fırıldaq nəticəsində müğənni Moskvanın mərkəzindəki mənzilini satıb və əmlakın satışından əldə etdiyi pulu fırıldaqçılara verib. İstintaq Dolinaya vurulan ümumi zərəri 317 milyon rubl qiymətləndirib.


Geri qayıt