Əsas Səhifə > Güney Press > Ağdam Sənaye Parkında yeni şirkət
Ağdam Sənaye Parkında yeni şirkətDünən, 16:01 |
“Castle Door” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. FED.az xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində dəmir qapı istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 2,2 milyon manatdır. Türkiyənin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücünün 9 min ədəd qapı olması planlaşdırılır. Qeyd edək ki, yeni rezidentin qeydiyyata alınması ilə Ağdam Sənaye Parkının rezidentlərinin sayı 30-a çatıb. Sahibkarların bura artan marağının göstəricisidir ki Ağdam Sənaye Parkı ölkədəki sənaye parkları arasında rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Geri qayıt |