Əsas Səhifə > Güney Press > “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir?
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir?Dünən, 17:27 |
Zəngəzur dəhlizinin açılması ilə bağlı yeni yanaşma və termin təklif olunur. İyulun 10-da Azərbaycanla Ermənistan arasında Əbu-Dabidə aparılmış danışıqlarda Zəngəzurdan keçəcək nəqliyyat və kommunisya əlaqələrinin “autsorsinq” əsasında idarə edilməsi məsələsi müzakirə olunub. Qeyd edək ki, “autsorsinq” (outer-source-using) ingilis dilindən tərcümədə xarici mənbədən, resursdan istifadə deməkdir. “Autsorsinq” iqtisadiyyatda müqavilə əsasında bir təşkilat tərəfindən sənaye sahibkarlıq fəaliyyətinin müəyyən növlərinin və ya funksiyalarının istənilən sahədə fəaliyyət göstərən başqa şirkətə verilməsini ifadə edir. Əbu-Dabi danışıqlarında Azərbaycan və Ermənistan arasında bu istiqamətdə ilkin razılaşma əldə olunduğu bildirilir. “Prinsiplərə əməl olunarsa, Ermənistan yolun “autsorsinq”inə etiraz etmir”,- deyən Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Safaryan əlavə edib: “Blokun açılması funksiyalarını Ermənistanın beynəlxalq təşkilata verməsi tamamilə mümkündür: bu, Ermənistan tərəfinin bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər”. Əbu-Dabi görüşünün nəticələri ilə bağlı yayılan məlumatda Zəngəzur dəhlizinin açılması ilə bağlı sazişin dekabr ayında imzalanacağı qeyd edilir. Nəqliyyat-kommunikasya əlaqələrinin “autsorsinq” qaydasında blokdan açılması barədə xəbərlər və rəsmi İrəvanın mövqeyi aşağıdakı qənaətə gəlməyə əsas verir: 1. Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin açılmasına dair 2020-ci il 10 noyabr Bəyanatından sonra ikinci dəfə və daha real razılaşmaya gəlməyə yaxındır. 2. Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına da dair yeni öhdəlikləri əks etdirən 10 noyabr Bəyanatından fərlqi saziş imzalana bilər. 3. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiyta vasitələrinin təhlükəsizliyi yeni sənəddə Rusiya Federal Təhlükəsizlik Xidmətinə deyil, ABŞ-nin hər hansı şirkətinə və ya beynəlxalq təşkilata həvalə oluna bilər. 4. Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatı hər hansı dövlətin regional kommunikasiyalara hərbi nəzarət vasitəsi kimi istifadə olunmayacaq. Bununla, Azərbaycana, Ermənistana və Türkiyəyə qarşı təzyiq mexanizmi aradan qalxmış olacaq. 5. “Orta dəhliz”in Azərbaycan-Ermənistan (Zəngəzur dəhlizi) Naxçıvan MR-Türkiyə üzərindən Avropa İttifaqı və Çin arasında tranzit marşrutuna çevrilməsi reallaşacaq. 6. Nəqliyyat-kommunikasiya əlaqələrinin açılması Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan etmiş İranın bölgədə, xüsusilə də Ermənistana təsir imkanlarını azaldacaq. 7. Zəngəzur dəhlizinin açılması Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi təsirini artıra bilər. 8. Ermənistan hələ də “dəhliz” ifadəsini qəbul etmir və imzalanacaq sənəddə “autsorsinq”in yola tətbiq olunmasını təklif edir. 9. Əgər sənəddə “dəhliz” deyil, “yol” yazılarsa, Ermənistan ərazisində “autsorsinq” nəzarəti həyata keçirilən ərazidə eksterritoriallıq yaranmayacaq. 10. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz və təhlükəsiz keçidi təmin olunmalıdır. Çünki Azərbaycan beynəlxalq hüquqa zidd olaraq iki hissəyə bölünüb. Ona görə də Azərbaycandan-Azərbaycana maneəsiz keçidə şərait yaradılmalıdır. Əks təqdirdə, Azərbaycan “autsorsinq” prinsipi Ermənistanın maraqlarına cavab vermiş olacaq. 11. Lakin “autsorsinq” prinsipinin Azərbaycan ərazisində tətbiqinə ehtiyac yoxdur. Ermənistan vətəndaşları, nəqliyyat vasitələri və mallar Azərbaycan ərazisindən keçməklə üçüncü dövlətin ərazisinə təhlükəsiz çıxa bilər. Ermənistan tərəfinin gömrük və sərhəd-buraxılış yoxlamalarından azad edilib-edilməməsi isə danışıqlar prosesində müəyyənləşə bilər. 12. Zəngəzurdan keçəcək dəhliz, yaxud yolların giriş-çıxış hissələrində sərhəd-buraxılış və gömrük postlarının quraşdırılması üçün şərti sərhədin cənubunda delimitasiya işlərinə başlanıla bilər. “Cebheinfo.az” Geri qayıt |