Əsas Səhifə > Güney Press > Çinin okeandakı fəaliyyəti:
Çinin okeandakı fəaliyyəti:Bu gün, 08:30 |
Çin okeanların öyrənilməsi sahəsində fəal şəkildə çalışır, dəniz resurslarından istifadə ilə bağlı böyük ambisiyalara malikdir, eyni zamanda ABŞ və onun müttəfiqləri ilə dənizdə qarşıdurmaya hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. “Çin elmi-tədqiqat gəmiləri okeanların daha dərin və uzaq bölgələrini araşdırır, bu isə dənizin və iqlim dəyişikliyinin təsirinin daha yaxşı başa düşülməsinə xidmət edə bilər. Lakin bu araşdırmaların nəticələri, eyni zamanda, Çinin hərbi-dəniz maraqlarına – xüsusilə də Sakit okeanda sualtı qayıqların yerləşdirilməsi və ya az görünən ABŞ sualtı qayıqlarının izlənilməsi cəhdlərinə xidmət edə bilər. Məlumatlara əsasən, son illərdə Çin elmi gəmiləri Tayvanın şərq sahilləri və Qvam adası ətrafındakı suları ətraflı şəkildə öyrənir. Məhz Qvamda ABŞ-ın Sakit okeanın qərb hissəsinin müdafiəsinə cavabdeh əsas hərbi-dəniz bazası yerləşir. Çin gəmiləri həmin ərazilərdə ya paralel xətlər üzrə, ya da sıx şəbəkə şəklində hərəkət ediblər. Mütəxəssislərin fikrincə, bu, həmin strateji nöqtələrdə dəniz dibinə dair məlumatların sistemli şəkildə toplanmasından xəbər verir. Bu cür məlumatlar, məsələn, sualtı hərbi əməliyyatların planlaşdırılmasında olduqca faydalı ola bilər”, - nəşr qeyd edib. Geri qayıt |