Əsas Səhifə > Güney Press > "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil"

"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil"


Bu gün, 12:57

"Ey analar, oğlunuza düzgün tərbiyə verin. Qadın qul deyil, xanımdır. Gəlinə kölə kimi baxmayın".


Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı sosial şəbəkədə yazıb. Qayınatası Orucağa Ağayev tərəfindən qətlə yetirilən 2001-ci il təvəllüdlü Günel Ağabəylinin fotosunu paylaşan sənətçi bunları əlavə edib:

"Azərbaycanda qadın cinayətlərinin ardı-arası kəsilmir. Səs çıxmadıqca, bu, belə də davam edəcək. İşində, gücündə bir müəllimi qayınatası uşağı olmur deyə qətlə yetirib. Haqqında isə heç bir tədbir görülmür".


Geri qayıt