Əsas Səhifə > Güney Press > İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edibDünən, 15:31 |
İranın xarici işlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında üzv dövlətlərin qarşılaşdığı aktual təhdidlərin həlli üçün yeni kollektiv təhlükəsizlik orqanının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə “Report” İran KİV-ə istinadən xəbər verir. Təklifə əsasən, ŞƏT ölkələrinin müdafiə və kəşfiyyat strukturlarının iştirakı ilə "Şanxay regional təhlükəsizlik forumu"nun yaradılması planlaşdırılır. Yeni orqan terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və kibertəhdidlər də daxil olmaqla, ümumi çağırışlarla mübarizədə səyləri əlaqələndirməlidir. Geri qayıt |