Əsas Səhifə > Güney Press > Su kanallarında boğulmalar artır
Su kanallarında boğulmalar artırBu gün, 11:29 |
Son bir neçə ay ərzində Azərbaycanda su kanallarında bir neçə nəfərin boğulması hadisəsi baş verib. Bu cür hadisələr, xüsusən yaz və yay fəsillərində qeydə alınır. Məsələ ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, hər il yay fəslində müxtəlif rayonlarda və kanallarda insanların batması və həlak olması təəssüf doğuran bir haldır: "Ancaq bildirmək istəyirəm ki, bu kanallarda da müəyyən ərazilər var ki, orada yay aylarında çimmək və istirahət etmək mümkündür. Bu yerlərdə müvafiq nəzarət də təmin edilir. Lakin çox təəssüf ki, bir çox insanlar düşünmədən çimmək və istirahət etmək qərarına gəlirlər ki, bu da acınacaqlı faciələrə səbəb olur. Bütün sahələrə nəzarət etmək mümkün deyil, çünki Azərbaycanda yüzlərlə çay, göl və su tutarı mövcuddur. Əlbəttə ki, onların əksəriyyətində çimmək insan həyatı üçün təhlükəlidir. İlk növbədə insanlar özləri bu barədə düşünməlidirlər. Çünki onların həyatı ən önəmli olmalıdır. Onlar hansı ərazilərdə çimmək barədə qərar verməli və riskləri götür-qoy etməlidirlər". Deputat, həmçinin vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb: "Bəzi yerlər var ki, orada uzun illərdir insanlar istirahət edirlər. Lakin təəssüf ki, təhlükəli ərazilər də mövcuddur. Buna baxmayaraq, bir çox insanlar bilə-bilə bu ərazilərə meyillidirlər. Şırğanlar, ayrılan qollar və bataqlıqlar da bu təhlükələri artıran amillərdir. Hər bir insan öz taleyi barədə düşünərək, belə yerlərdən uzaq durmalıdır. Ancaq nə olursa olsun, yay aylarında müvafiq orqanlar belə ərazilərə nəzarəti artırmalıdırlar. Gündəlik müşahidələr aparılmalı, maarifləndirici tədbirlər gücləndirilməlidir. Yerli orqanlar isə insanlara bu təhlükələr barədə daha geniş məlumat verməlidirlər". Geri qayıt |