Əsas Səhifə > Güney Press > Səhər verilişlərini "reytinqsiz" adlandırdı

Səhər verilişlərini "reytinqsiz" adlandırdı


Dünən, 14:48

"Bəzi səhər verilişlərinin aparıcıları gördülər ki, proqramın vaxtını dəyişəndə reytinq aşağı düşür. Hətta mənim təkrar verilişlərim belə onlara reytinqdə üstünlük təşkil edir".


Axşam.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb. O bildirib ki, səhər verilişləri arasında ən reytinqlisi onun proqramı olub:

"Buna baxmayaraq, onlar məcbur olub öz vaxtlarına geri qayıdırlar. Düşünürəm ki, rəqabət yaxşıdır. Bu, sizə stimul verən bir amildir. Siz yerinizi dəyişib, yay aylarında belə yuxunuza haram qatıb, səhər tezdən durursunuz. Bu, çox gözəl bir motivasiyadır. İnşallah, yeni mövsümdə daha çox enerji alaram. Səhər verilişi aparan həmkarlarıma uğurlar arzulayıram".


Geri qayıt