Əsas Səhifə > Güney Press > Dini Komitə 800 min manata portal açır

Dini Komitə 800 min manata portal açır


Dünən, 17:46

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Amin” portalının yaradılması nəzərdə tutulur.
Satınalma müqaviləsinin maliyyə dəyəri 802 860,2 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Best Solution” MMC 21 yanvar 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Jana Krimpedir. "Best Solution” MMC "ASAN İmza” xidmətinin təminatçısıdır.

Geri qayıt