Əsas Səhifə > Güney Press / Partiya > "Paşinyan tamamilə düzgün mövqe seçib"

"Paşinyan tamamilə düzgün mövqe seçib"


Dünən, 04:31

Ermənistandakı ictimai-siyasi vəziyyəti və baş nazir Nikol Paşinyanın fəaliyyəti ilə bağlı məsələləri Moderator.az-a şərh edən Akif Nağı Ermənistandakı daxili mübarizələrin ölkənin gələcək inkişafına təsir edəcəyini vurğulayıb. Paşinyanın cəsarətlə kilsəyə və Rusiyaya yaxın olan mühafizəkar qüvvələrə qarşı mübarizə apardığını söyləyən partiya sədri Ermənistanın dövlət strukturlarında baş verən dəyişiklikləri şərh edib.

Partiya sədri bildirib ki, Paşinyan ilk növbədə Ermənistanın siyasi həyatında ciddi dəyişikliklər həyata keçirir:

"Paşinyan çox cəsarətlə, çəkinmədən əslində yolunu azmış kilsəyə və Samvel Karapetyan başda olmaqla Rusiyayönlü oliqarx qruplaşmaları üzərinə hücuma gedib. Və istədiyinə nail olur, revanşist müxalifət heç bir real müqavimət göstərə bilmir. 

Siyasətçi kilsə ilə bağlı məsələlərin, bu dini qurumun Ermənistanın dövlət işlərinə qarışmasının ciddi problem yaratdığını qeyd edib:

"Kilsə dövlət işlərinə qarışmaqdan imtina etməlidir. Xristian dünyasında bəlkə də yeganə ölkə Ermənistandır ki, orada kilsə faktiki olaraq dövlətdən ayrılmayıb vədövlətin fəaliyyətinə təsir edir. İdarə edənlərdən biri xaricdəki erməni diaspor təşkilatları və kilsədir. Paşinyan paralel olaraq xaricdəki erməni diaspor mərkəzlərinin də dövlətə təsirini, demək olar ki, neytrallaşdırıb”. 

Erməni baş nazirin kilsənin mövqeyini zəiflətmək üçün doğru addımlar atdığını və kilsənin təsirini azaldığını vurğulayan A.Nağı, Paşinyanın gələcəkdə bu məsələdə daha sərt mövqe tutacağını bildirib:

"Paşinyan tamamilə düzgün mövqe seçdi və kilisənin təsirini zəiflətdi. Əgər kilisə öz müstəsna dini və mənəvi vəzifələrini yerinə yetirirsə, yalnzı o zaman onun dinlə bağlı danışmağa haqqı var. Lakin, din adına danışmaq və əməl etməmək, xalqın gözündə dəyərini itirməsinə səbəb olur. Bu baxımdan Paşinyan düzgün tezis seçdi və gördük ki, hüquq-mühafizə orqanları cinayətdə ittiham olunan keşişləri həbs etmək üçün kilsələrə gedəndə onların qarşısına heç bir ciddi xalq kütləsi çıxmadı. Və hesab edirəm ki, Paşinyan kilsənin dövlətdən ayrı olub siyasi proseslərə qarışmamasını təmin etmək üçün sonadək öz vəzifəsini yerinə yetirəcək...”


Geri qayıt