Əsas Səhifə > Güney Press > “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRARBu gün, 10:00 |
Ali Məhkəmədə 10 illik həbsdən bəraət almış və yenidən həbs edilmiş şirkət rəhbəri Füzuli Adıgözəlov barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb. Qeyd: "Güllübulaq" MMC-nin rəhbəri Füzuli Adıgözəlov ilk dəfə 2020-ci ildə həbs edilib. 3 il sonra bəraət alaraq azadlığa buraxılıb. Ali Məhkəmə sahibkar buraxıldıqdan bir müddət sonra bəraət qərarını ləğv edib, işi təkrar apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə Füzuli Adıgözəlov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. O, bəraət aldıqdan 23 ay sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb. İttihama görə, Adıgözəlovun şirkəti 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib. "Güllübulağ"a məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. O, həmçinin 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub. Geri qayıt |