Əsas Səhifə > Güney Press > Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb

Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb


Dünən, 12:52

Rusiya Silahlı Qüvvələrinin bu gün gecə saatlarında Ukraynanı atəşə tutması nəticəsində iki nəfər həlak olub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, 15 nəfər xəsarət alıb, onlardan biri 12 yaşlı oğlandır.

Atəş nəticəsində Kiyev şəhəri, Xarkov və İvano-Frankovsk vilayətlərinə ziyan dəyib.


Geri qayıt