Əsas Səhifə > Güney Press > Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar...

Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar...


Bu gün, 10:53

Bəzən avtobuslar yollarda nəinki öz yollarını hətta bütün yolları tutuaraq digər avtomobillərin hərkətinə mane olur. Bununla bağlı yerli televiziyalarda bir reportajda yayımlanmışdı. Avtobuslar yolun bütün zolaqlarını tutduğu üçün ərazidə sıxlıq yaranmışdı. Belə olan halda vətəndaşda sual yaranır. Avtobus zolaqları nə işə yarayır? Bu zolaqlar varsa, digər sürücülərə bu zolaqlardan keçdiyi üçün 100 manat məbləğində cərimə yazılırsa, avtobuslar niyə öz zolaqları ilə deyil, digər zolaqlarda da hərəkət edir? Avtobusların hərəkətini təmin etmək üçün daha hansı addımlar atılmalıdır?

Nəqiyyat məsələləri üzrə Rauf Ağamirzəyev məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, əslində avtobuslar üçün geniş platformalar qurulmalıdır: “Əgər yer varsa, bu adaçıqlarla ayrılmalıdır. Hər bir avtobus öz xəttinə daxil olmalıdır. Burada təhlükəsiz keçid təmin olunur. Yəni bir platforma, ortada adacıq və təhlükəsiz keçid. Üçüncü platforma da ola bilər. Yəni məsələ bu şəkildə həll olunmalıdır”.

Ekspert deyir ki, bəzən sadəcə məsələ gündəmə gətirilir, amma həll yolları kənarda qalır.

“Ümumiyyətlə axınlar ayrılmalıdır. Atobusun sonuncu dayanacağına daha çox avtobus gəlirsə, burada mübadilə mərkəzi qurulmalıdır. Yəni dayanacaqdan əlavə, bir də qovşağ ehtiyac var. Eyni vaxtda burada çox avtobus gəlirsə, sıradan bir dayanacaq kimi təşkil edə bilməzsən. Burada transformasiya olmalıdır. İki növ nəqliyyat vasitəsi varsa, burada mübadilə effekti var. Yəni avtobus, metro və hələ onun yanında dəmiryolu varsa, bura artıq mübadilə mərkəzidir. Burada maksimum bu növlərin rahat inteqrasiyası təmin olunmalıdır. Avtobus, metro, dəmiryolu daha çox sərnişin daşıdığı üçün onların mübadiləsi üçün maksimum şərait yaradılmalıdır. Bakı, Abşeron əhalisini daşıyan ictimai nəqliyyatdır. İctimai nəqliyyatın üstünlüyünü təmin etməklə yanaşı, bir növdən digər növə keçidə şərait qurmaq lazımdır. Əhali rahat şəkildə səfərlərini təşkil edə bilməlidir. İctimai nəqliyyatın üstünlüyünü təşkil edən həllərlə metro stansiyanın qarşısındakı meydanlar transformasiya olmalıdır”-deyə Rauf Ağamirzəyev qeyd edib.


Geri qayıt