Əsas Səhifə > Güney Press > Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb

Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb


Dünən, 10:13

Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, şəhərin Sütəmurdov kəndi ərazisində, Lənkəran çayı üzərində yerləşən dəmir yolu körpüsündə piyadalar üçün nəzərdə tutulmuş hissə tamamilə yararsız vəziyyətə düşüb.

Dəmir konstruksiyalı piyada keçidinin döşəməsi taxtadan hazırlanıb. Lakin döşəmə çürüyərək təhlükəli hala gəlib və artıq keçid insanların həyatına real təhlükə yaradır.

Körpü yaxınlığından keçən piyadalar məcburən qatar relsləri üzərində hərəkət edirlər. Bu isə qatarın yaxınlaşdığı anda qəza ehtimalını artırır.



Geri qayıt